"Kiyev Moskva ilə danışıqlara qarşı deyil" - Dmitri Kuleba

"Kiyev Moskva ilə danışıqlara qarşı deyil" - Dmitri Kuleba

"Kiyev Moskva ilə danışıqlara qarşı deyil". SİA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Parisien" qəzetinə müsahibəsində deyib. Lakin o qeyd edib ki, dsnışıqlar Ukraynanın ərazi bütövlüyü bərpa edildikdən sonra mümkündür.

“Ukrayna danışıqların əleyhinə deyil. Zelenski G20 sammitində “qlobal sülh”dən danışıb”, – Kuleba bildirib.

Onun sözlərinə görə, Moskva ultimatum dilində danışmağı dayandırmalıdır: "Ədalətli sülh Ukraynanın ərazi bütövlüyünün tam bərpasından başlayır”.

Bütün xəbərlər Facebook səhifəmizdə