Rusiya YUNESKO-ya nota göndərib

Parisdə rabitənin inkişafı üzrə beynəlxalq proqramda iştirak etməli olan Rusiya nümayəndə heyətinin üzvlərinə viza verilməməsi ilə bağlı Rusiya YUNESKO-ya nota göndərib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə qurumun daimi nümayəndəliyindən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl Fransanın 33-cü sessiyada iştirak etməli olan Rusiya nümayəndə heyətinin üzvlərinə ölkəyə giriş icazəsi verməkdən imtina etdiyi bildirilirdi. Xatırladaq ki, tədbir artıq bir gün əvvəl Parisdə başlayıb. Eyni zamanda Fransa Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva vizalarla bağlı problemlər barədə məlumat verməyib. Onlar qeyd etdilər ki, bütün üzv ölkələrin nümayəndələrinə “vaxtında” giriş icazəsi verirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə