Ruslar xeyli agenti “ifşa ediblər”

Ruslar xeyli agenti “ifşa ediblər”

Rusiya Ədliyyə Nazirliyi Yekaterinburq şəhərinin keçmiş meri Yevgeni Royzman, vəkil İlya Novikov, jurnalist Anna Monqait və daha üç nəfəri xarici agent kimi fəaliyyət göstərən şəxslərin reyestrinə daxil edib. İdarənin internet saytındakı müvafiq siyahıda dəyişiklik edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyi həmçinin Vitali Kolin, Anna Monqayt, Aleksandra Qarmazhapova və Fyodor Telini də xarici agent kimi tanıyıb. Qeyd olunur ki, hər kəs “siyasi fəaliyyətlə məşğul olmaq” və Ukraynadan və hətta Latviyadan da maliyyə vəsaiti almaq üçün reyestrə daxil edilib.

Qeyd edək ki, departament xarici media agentləri siyahısına əlavə kimi, jurnalist Lyubov Qriqoryevanı da bu siyahıya daxil edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə