Estoniyalı nazir Priqojinə “hədiyyə” hazırlayıb

Estoniyalı nazir Priqojinə “hədiyyə” hazırlayıb

Bu arada Estoniyanın xarici işlər naziri Urmas Reynslau rusiyalı oliqarx və “Vaqner” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojin üçün “hədiyyə” hazırladığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Reynslau onunla çəkilmiş videonu Twitter-də yerləşdirib. Nazirin sözlərinə görə, bu, PMC-nin terror təşkilatı kimi tanınması ehtimalı ilə bağlı xəbərə görə Priqojinin Avropa Parlamentinə göndərdiyi “qanlı” balyoza (qeyd edim ki, bizlərdə balyoza kubald deyilir-A.B.) cavabdır.

“Biz rusiyalı muzdlu Priqojinin qanlı çəkicini Avropa Parlamentinə necə göndərdiyinin şahidi olduq. İstərdim ki, Haaqada onu gözləyən kiçik hədiyyəmizi qəbul etsin”.

Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Priqojin üçün qandallı qutunu göstərib.

Yeri gəlmişkən, Priqojinin balyozu Avropa Parlamentinə təhvil verməsi təsadüfi deyil. O bu balyozlardan “vaqneritləri” nümayiş edamları üçün də istifadə edir. Belə ki, onun “səlahiyyətliləri” bu yaxınlarda Ukrayna Silahlı Qüvvələrinə təslim olan və Ukraynanın tərəfində döyüşmək istədiyini bəyan edən “vaqneriyalı” məhbusu balyozla edam etmişdilər.

Priqojin özü isə edam edilənlərin "çox pis, lakin ədalətli insanlarla görüşdüyünü" bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə