Rusiyalı deputat rusiyalı sənətçilərə qarşı

Rusiyalı deputat rusiyalı sənətçilərə qarşı

Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina rusiyalı sənətçilər Filipp Kirkorov və Sergey Lazarevi qeyri-ənənəvi dəyərləri təbliğ etməkdə ittiham edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rus saytları yazıblar.

Deputatın sözlərinə görə, məşhurlar surroqat anaların pullu xidmətinə müraciət edərək uşaq sahibi olub, beləliklə də onları alıblar. Ostanina Rusiyada insanların alqı-satqısının qadağan olduğunu xatırladıb.

Maraqlıdır ki, rusiyalı deputat, Kirkorov və ya Lazarevin “əleyhinə olmadığını”, sadəcə olaraq “ailələrdə uşaq dünyaya gətirməyin qeyri-ənənəvi üsulunun təbliğinə” qarşı olduğunu deyib.

Lazarevin Kirkorov kimi özü uşaq dünyaya gətirə bilmədiyini vurğulayan deputat əlavə edib ki, sənətçilər öz hərəkətləri ilə özləri üçün uşaq ala biləcəklərini göstərirlər. Millət vəkili bütün bunların , qeyri-ənənəvi dəyərlərin təbliği olduğunu bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə