Saakaşvilinin zəhərlənməsi yalandır?

Saakaşvilinin zəhərlənməsi yalandır?

“Empatiya” reabilitasiya mərkəzinin rəhbərinin eks-prezident Mixail Saakaşvilinin mümkün zəhərlənməsi ilə bağlı bəyanatını etibarlı adlandırmaq olmaz.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, belə bir fikri hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasından olan deputat Anri Oxanaşvili deyib.

“Mariam Djişkariani etibarlılıq baxımından heç bir obyektiv kriteriyadan istifadə etmir”.

“Sputnik Gürcüstan”ın yazdığına görə, bunu da Oxanaşvili deyib.

Deputat xatırladıb ki, Saakaşvilinin özü də onun zəhərləndiyinə inanmır və müxalifət liderini və mərkəzin direktorunu baş verənlərlə bağlı vahid versiya üzrə “qərar verməyə” çağırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə