Macarıstanın Baş naziri Viktor Orban İsveç və Finlandiyanın NATO üzvlüyü üçün lazımi parlament təsdiqinin 2023-cü ildə keçiriləcək ilk sessiyada reallaşacağını açıqlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Orban jurnalistlərə verdiyi açıqlamada Macarıstanın hər iki ölkənin NATO üzvlüyünü dəstəklədiyini ifadǝ edǝrǝk: “Macarıstan Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir və parlament bunu gələn ilin ilk iclasında nəzərdən keçirəcək”,- deyib.
Macarıstan parlamentinin 2023-cü ildə ilk iclasının fevralda keçirilməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB