Amerikanın "Herkules"i Ukrayna ilə sərhədə enib

Amerikanın turbovintli hərbi-nəqliyyat təyyarəsi Ukrayna sərhədi yaxınlığında görüntülənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə uçuş izləmə portalı olan “Flightradar”də xəbər yerləşdirilib.

Beləliklə, portalın yazdığına görə, Kanada Hərbi Hava Qüvvələrində xidmətdə olan “Lockheed CC-130J Hercules” cümə günü, noyabrın 25-də Şotlandiyanın Prestvik aerodromundan havaya qalxaraq Moskva vaxtı ilə saat 15:45 radələrində Polşanın Rzeszov şəhəri yerə enib.

Qeyd edək ki, Rzeszov Ukrayna ilə sərhəddən 90 kilometr aralıda yerləşir.

O da qeyd edilir ki, ABŞ-ın “Lockheed Martin” hərbi-sənaye korporasiyası tərəfindən istehsal olunan “CC-130J Hercules” taktiki-nəqliyyat təyyarəsi qoşunların və yüklərin daşınması da daxil olmaqla, geniş tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunur.

Xatırladaq ki, bundan əvvəl, Polşa aerodromundan görüntülərdə ABŞ Müdafiə Nazirliyinin əmri ilə daşımaları həyata keçirən nəqliyyat təyyarələri dəfələrlə müşahidə edilib. Rusiyaya casusluq edən NATO ölkələrinin təyyarə və dronlarının getməsi tez-tez baş verib. Bu təyyarələr əvvəllər Ukraynanın münaqişə zonası yaxınlığında, eləcə də Kalininqrad vilayətində və Rusiyanın şimal ərazilərində peyda olub.

Rus saytlarının yazdığına görə, Rusiyaya casusluq edən NATO ölkələrinin təyyarə və dronlarının uçuşu tez-tez baş verib. Bu təyyarələr əvvəllər Ukraynanın münaqişə zonası yaxınlığında, eləcə də Kalininqrad vilayətində və Rusiyanın şimal ərazilərində peyda olurlar.

Verilən məlumatlara görə, noyabrın 23-də Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının Sevastopola hücumundan bir neçə saat əvvəl Krım yaxınlığında Amerikaya məxsus strateji kəşfiyyat pilotsuz uçuş aparatı görünüb. O, bu regionda hava hücumundan müdafiə sistemlərinin işlədilməsi ilə bağlı ilk xəbərlərdən təxminən iki saat əvvəl ərazini tərk edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə