Dekabrın 5-dən etibarən Böyük Britaniya Rusiya neftinin və neft məhsullarının idxalına qadağa tətbiq edəcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Krallığın Xarici Ticarət Nazirliyinin bəyanatında deyilir.
“Rusiyadan neft və neft məhsullarının idxalına qoyulan qadağanın qüvvəyə minmə tarixi 2022-ci il dekabrın 31-dən 2022-ci il dekabrın 5-nə dəyişdirilib”, - sənəddə belə deyilir.
Xatırladaq ki, iyul ayında London Rusiya Federasiyasından qızıl idxalına, avqustun 10-da isə Rusiya kömürünün idxalına qadağa qoyulduğunu elan etdi. Oktyabrın 28-də 2023-cü il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın Böyük Britaniyaya idxalının da dayandırılacağı açıqlanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB