Hollandiya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyır

Hollandiya parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyır

Hollandiya parlamentinin aşağı palatası - Nümayəndələr Palatası Ukraynaya genişmiqyaslı müdaxilə ilə əlaqədar Rusiyanı terrorizmin himayədarı olan dövlət elan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri yerli agentliklər yayıb.

Əldə olunan xəbərlərə görə, noyabrın 24-də deputatların əksəriyyəti belə qərarın lehinə səs verib. Onlar Yaşıl Sollar Partiyasının üzvü Tom van der Linin təşəbbüsünü dəstəkləyiblər. “WNL” telekanalı qəbul edilmiş sənəddən çıxarışlara istinadən Rusiya qoşunları "struktur və qəsdən" Ukraynada mülki hədəflərə zərbələr endirir. Parlament üzvləri Kiyevi mümkün qədər dəstəkləməyə çağırırlar.

Bu arada Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra ölkə qanunlarının terrorun sponsoru kimi tanınan şəxslərə qarşı heç bir sanksiya nəzərdə tutmadığını bildirib.

Xatırladaq ki, çərşənbə günü səhər Avropa Parlamenti deputatları Ukrayna obyektlərinin kütləvi atəşə tutulmasını terror metodları adlandıran və Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qətnaməyə səs veriblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə