Prezident Ərdoğan, Sahibkar İş Adamları Vəqfi və Türkiyə Gənclik Fondunun təşkil etdiyi “Türkiyə Sahibkarlar Yığıncağı və 9-cu Sahibkarlıq Mükafatları Mərasimi”nə video müraciət ünvanlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə üçün istehsal edən, investisiya qoyan, yeni iş yerləri quran, biznesini inkişaf etdirən, daxildə və xaricdə əldə etdiyi nailiyyətlərlə millətin qürur mənbəyinə çevrilən bütün sahibkarlara təşəkkür edən prezident Ərdoğan, İctimaiyyǝtlǝrin “Covid-19” pandemiyası ilə başlayan, daha sonra Rusiya-Ukrayna gərginliyi ilə dərinləşən gərgin bir dövr yaşadıqlarını diqqǝt çǝkib.
Prezident sözlǝrinǝ belǝ davam edib: “Türkiye Əsri vizyonumuzun konkret layihələrini birbǝ-bir reallaşdıraraq yolumuza davam edirik. İnşallah, böyük və qüdrətli Türkiyəni bǝrpa edǝnǝ qədər dayanmayacağıq və mübarizəmizi əzmlə davam etdirəcəyik. Terrorun və ya terror təşkilatının cilovunu əlində saxlayan imperialist dəstələrin bizi yolumuzdan döndərməsinə imkan verməyəcəyik. Sizlərin, gənc sahibkarlarımızın dəstəyi və töhfələri ilə 21-ci əsri ‘Türkiyənin Əsri’nə çevirəcəyimizə inamım tamdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB