İndoneziyada zəlzələdən ölənlərin sayı 300 nəfəri keçib

İndoneziyada zəlzələdən ölənlərin sayı 300 nəfəri keçib

Noyabrın 21-də İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.

SİA-nın məlumatına görə, bu barədə bu gün yerli hökumət orqanları məlumat açıqlayıb.

Xəsarət alanların sayı isə min nəfəri ötüb. 24 nəfər indiyədək itkin düşmüş hesab olunur.

Yaşayış yerini tərk etmiş 7 mindən çox şəxs hələ də evlərinə qayıda bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə