Kiyevə işıq gün ərzində iki-üç saat veriləcək

Kiyevdə elektrik enerjisi gün ərzində iki-üç saat veriləcək. SİA xəbər verir ki, bu barədə Ukraynanın DTEK enerji şirkətinin direktoru Dmitri Saxaruk bildirib.

“Biz tədricən bu rejimə keçid edəcəyik. Kiyevə gələn enerjinin miqdarı artana qədər şəhərə enerji iki-üç saat veriləcək”, - deyə Saxaruk qeyd edib.

Şirkət rəhbəri Kiyevdə mənzil fondunun 70 faizində elektrik enerjisinin olmaması barədə şəhər hərbi idarəsinin əvvəllər açıqladığı məlumatı da təsdiqləyib.

Bundan əvvəl Ukrayna paytaxtının meri Vitali Kliçko bildirib ki, bu qışda əhalinin bəzi qrupları şəhərdən təxliyə edilə bilər.

Ukraynanın demək olar ki, bütün regionlarında elektrik enerjisi ilə bağlı ciddi problemlər yaşanmaqda davam edir.

Bunu prezident Vladimir Zelenski “Telegram” kanalında yerləşdirdiyi videomüraciətdə etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə