İkinci Qarabağ Müharibəsi zamanı Ermənistanda bir qrup yüksək vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadə etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə bir neçə məmur dindirilib. SİA xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İdarə konkret dindirilən şəxslərin adını açıqlamayıb. Cinayət işi çərçivəsində şahid statusunda olan baş nazir Nikol Paşinyan dindirilib.
44 günlük müharibədə ölən erməni hərbçilərin yaxınları Ermənistan Baş Prokurorluğunun binası qarşısında dəfələrlə aksiyalar keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB