“Ver yeyim, ört yatım, gözlə canım çıxmasın”

“KTMT-nin Ermənistana yardım göstərilməsi tədbirləri ilə bağlı qərar layihəsi bizim tərəfi qane etmədi”
“Ver yeyim, ört yatım, gözlə canım çıxmasın”

Ermənistan tərəfi Azərbaycanın bu ilin 13-14 sentyabr tarixlərində Ermənistana qarşı “təcavüzü” və Kollektiv Təhlükəsizlik Şurasının “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi ilə bağlı KTMT müttəfiqlərindən aydın siyasi qiymət gözləyir.

Belə ki, onun hazırkı mətni erməni tərəfini qane etmir.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan deyib.

...Məhz ona görə də sənədin yenidən baxılması üçün göndərilməsinin qərara alındığını deyən Hunanyan Ermənistanın hansı təkliflər irəli sürdüyünə dair suala cavabında bildirib ki, onlar heç vaxt qəbul olunmayıb, nəticədə qərar layihəsi də imzalanmayıb.

Təəssüf ki, bəzi KTMT tərəfdaşları Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsinin və KTMT Xarici İşlər Nazirləri Şurasının Cənubi Qafqaz regionunda sülh səylərinə dəstək haqqında bəyanatının qəbul edilməsini eyni vaxtda “birgə razılaşma haqqında” qərarın qəbulu ilə əlaqələndiriblər. Qeyd edək ki, bura “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə tədbirlər” də daxildir.

Dünən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üç sənədi qəbul etməyib deyə onlar baxılmaq üçün göndərilib.

Qeyd edək ki, bunu da Hunanyan deyib.

Maraqlıdır ki, KTMT guya siyasi bəyanat verməsə də, “Azərbaycanın Ermənistana təcavüzünü” pisləməsə də, amma baş nazir Nikol Paşinyan İrəvanda keçirilən KTMT sammitindəki müzakirələri “açıq, səmimi və müsbət” kimi qiymətləndirib.

Dünən Paşinyan KTMT-nin bəyannaməsini və Ermənistana yardım göstərilməsi üçün birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edərək, sənədin yekunlaşmadığını əsas gətirib.

Əslində isə ermənilər, onların başbilənləri nə etdiklərini heç özləri də bilmirlər. Yəni hazırda hansı qanad altına sığınacaqları barədə tərəddüd məngənəsində çapalayırlar. Bir də axı onlar “ver yeyim, ört yatım, gözlə canım çıxmasın”a öyrəncəlidirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə