Britaniya gəmiləri yeni raketlər alacaq

Britaniya gəmiləri yeni raketlər alacaq

Britaniya Hərbi Dəniz Qüvvələrinin gəmiləri yeni yüksək dəqiqlikli raketlər alacaq. Norveçin Kongsberg Defence & Aerospace şirkəti tərəfindən hazırlanmış raketlər Britaniyanın 11 gəmisdə quraşdırılacaq.

Britaniya Müdafiə Nazirliyi qeyd edib ki, ilk üç gəmi NSM-dən istifadə etmək üçün modifikasiya edilir. İlk gəmi raketləri 12 aydan sonra qəbul edəcək. Yeni 2023-cü ildə istismara veriləcək raket “Harpun” gəmi əleyhinə raketlərini əvəz edəcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, NSM-lər Britaniya və Fransa arasında razılaşma əsasında hazırlanan perspektivli raketin meydana çıxmasına qədər istifadə olunacaq. NSM-ləri Type 23 freqatları və Type 45 esminesləri alacaqlar.

Yeri gəlmişkən oktyabr ayında “Aerocon”un baş konstruktoru Vladimir Malışev Rusiyanın “Harpun” gəmi əleyhinə raketlərinin uçuşunu simulyasiya edə biləcək yeni hava hədəfi yaratdığını bəyan edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə