Norveçin Hordaland Rayon Məhkəməsi 34 yaşlı Rusiya vətəndaşını sanksiyalar rejimini pozaraq pilotsuz təyyarəni havaya buraxdığına görə 90 gün həbs cəzasına məhkum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Norveç mətbuatı yayıb.
Qeyd edək ki, rusiyalı oktyabrın 20-də saxlanılıb. İttiham tərəfinin sözlərinə görə, oktyabrın 3-dən rusiyalı pilotsuz təyyarəni 16 yerdə havaya qaldırıb. O, rusiyalı şəxslərin və təşkilatların Norveç ərazisi üzərindən uçuşunu qadağan edən sanksiyaları pozmaqda ittiham edilib.
Məhkəmədə rusiyalı qadağadan xəbəri olmadığını bildirsə də, prokurorluğun nümayəndəsi artıq bunun eə də önəm daşımadığını bildirib.
Yeri gəlmişkən oktyabrın 19-da Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu Andrey də saxlanılıb. Onun Rusiyadan əlavə, Britaniya vətəndaşlığı var. Qeyd edək ki, o da Svalbardda dronlardan qeyri-qanuni istifadə etməkdə ittiham olunurdu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB