"Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketinə hazırlaşır"

"Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketinə hazırlaşır"

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von der Leyen bəyan edib ki, Aİ Rusiyaya qarşı 9-cu sanksiyalar paketinə hazırlaşır. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Von der Leyen səfər etdiyi Finlandiyanın paytaxtı Helsinkidə Finlandiyanın Baş naziri Sanna Marin, Estoniyanın Baş naziri Kaja Kallas və İsveç Baş nazirinin müavini Ebba Buş ilə birgə mətbuat konfransı keçirib.

Von der Leyen Rusiyanın hücumları səbəbindən Ukrayna xalqının qışı işıqsız keçirmək məcburiyyətində olduğunu bəyan edib:

"Körpələr, onların valideynləri, nənələri və babaları qaranlıqdadır və donurlar. Bu vəhşi hücumları sərt şəkildə qınayıram. Bunlar müharibə cinayətləridir".

Von der Leyen "Bu gün elan edə bilərəm ki, biz tam sürətlə 9-cu sanksiyalar paketi üzərində işləyirik. Əminəm ki, çox yaxında G7 və digər əsas tərəfdaşlarla Rusiya neftinin qlobal qiymət tavanını təsdiq edəcəyik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə