Rusiya bir sıra ölkələri neft tədarükünü dayandırmaqla hədələyib

Moskva Rusiya neftinə tavan qiymət tətbiqinə qoşulacaq ölkələrə neft verməkdən imtina edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu xəbərdarlıqla brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

O, ölkə rəhbərliyinin dəfələrlə bu təşəbbüslə bağlı mənfi fikirlər səsləndirməsinə diqqət çəkib. Zaxarova bu tədbiri anti-bazar adlandırıb. Onun sözlərinə görə, qiymət tavanı tədarük zəncirlərinə mənfi təsir göstərəcək, həmçinin qlobal enerji bazarlarında vəziyyəti xeyli çətinləşdirmək riski daşıyır.

Bu baxımdan, Zaxarova, Rusiya alıcılar kartelinə qoşulacaq ölkələrə neft tədarük etmək niyyətində olmadıını deyib.

Onun dedyyinə görə, bu tədbirə qarşı çıxan təkcə Rusiya deyil. Yəni neft hasil edən bir çox ölkələr də bunu bəyənmir,

Qeyd edək ki, daha əvvəl Qərb ölkələrinin Rusiyadan neftin marjinal dəyərini tətbiq etməsi qısa müddətdə hökumətin gəlirlərinə faktiki olaraq heç bir təsir göstərməyəcəyi bildirilmişdi.

Burada söhbət 65-70 dollar/barel səviyyəsindən gedir. Qeyd edildiyi kimi, Asiyadan olan müştərilərin nefti indi analoji qiymətə alması səbəbindən təsir o qədər də böyük olmayacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə