Bu ölkədə iki güclü NATO radarı yerləşdiriləcək

Rumıniyada iki güclü NATO radarı yerləşdiriləcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rumıniya prezidenti Klaus İohannis ölkədə iki NATO radarının yerləşdiriləcəyi barədə ölkə parlamentinə rəsmi məlumat verib.

İohannis bildirib ki, radarlardan biri İspaniya tərəfindən təmin edilib. O, Rumıniyada Şimali Atlantika Alyansının hava və raketdən müdafiə sisteminə quraşdırılacaq və inteqrasiya olunacaq.

Qeyd edək ki, ABŞ Dəniz Piyadaları Korpusu Ukrayna ilə sərhədə yaxın ölkədə TPS-80 radarını yerləşdirmək niyyətindədir.

Aytac Xəlilova

Bütün xəbərlər Facebook səhifəmizdə