Türkiyənin səhiyyə naziri Fahreddin Koca Düzce rayonunda baş verən zəlzələ nəticəsində yaralanan şəxslərin sayını açıqlayıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, nazir bununla bağlı tviter hesabında paylaşım edib.
Nazir qeyd edib ki, Düzcenin Gölyaka mahalında olan zəlzələdə yaralananların sayı 93 nəfərdir.
"Son hesablamalara görə, Düzcedə zəlzələ nəticəsində yaralananların sayı 93 nəfərdir. Düzcedə 1, İstanbulda 2, Boluda 14, Zonquldakda 10, Sakaryada 26, Bursada 4 yaralı var. 17 nəfər hələ də xəstəxanalarımızda müalicə alır, Allah onları bütün bəlalardan qorusun”,-deyə nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB