Paşinyan KTMT XTK-nın bəyannamə layihəsini imzalamadı

Ermənistanın baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. Onun sözlərinə görə, hazırlanmış 17 sənəddən ikisi baxılmaq üçün göndərilib.

Dar tərkibdə görüşümüzü yekunlaşdırdıq. 17 qərar layihəsi təqdim olunub. 15-də konsensusumuz var. İki layihə yenidən baxılmaq üçün göndərilib”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Paşinyan bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hər şeyin razılaşdırılmamasına baxmayaraq, Ermənistanın KTMT-də qalacağını bildirib. Onun sözlərinə görə, “KTMT tələbat və zəruridir”.

Kreml rəsmisi Rusiyanın Ermənistan-Azərbaycan nizamlanması prosesində mühüm rol oynamaqda davam etdiyini bildirib.

KTMT ilə bağlı mövzuya çox səmimi, çox birbaşa, konstruktiv şəkildə toxunulduğunu deyən Peskov, hələ hər şey razılaşdırılmadığını, müəyyən nüansların mövcud olduğunu da bildirib.

Xatırladaq ki, çərşənbə günü, noyabrın 23-də İrəvanda Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə KTMT ölkələrinin liderlərinin sammiti keçirilib. Ölkələrin liderləri Ermənistanda sülhməramlı missiyanın müddətinin uzadılması məsələsini, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin taleyini müzakirə ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə