Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəzi politoloqların Qazaxıstanla bağlı Kremlin mövqeyini əks etdirməyən “son dərəcə yöndəmsiz” açıqlamalarını nəzərə almamağa çağırıb.
SİA bu barədə rus saytlarına istinad edir.
O qeyd edib ki, Rusiyada Qazaxıstanla bağlı son dərəcə biabırçı ifadələrə yol verən politoloqların sayı Qazaxıstanda Rusiyanı tənqid edənlərdən daha azdır.
“Lakin bu o demək deyil ki, bu, bizim ikitərəfli münasibətlərimizə kölgə sala bilər və etməlidir” – deyən Peskov əlavə edib ki, bu politoloqlar heç bir halda hakimiyyətin rəsmi xəttini, yəni Kremlin rəsmi xəttini əks etdirmirlər.
Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl “Vladimir Solovyovla axşam” proqramının efirində qonaqlardan biri, politoloq Dmitri Drobnitski Qazaxıstanı “növbəti problem” adlandırmışdı.
Rus politoloqa görə, guya Ukraynada olduğu kimi, orada da “nasist məhkəmələri” başlaya bilərdi.
Q”eyd edək ki, bundan sonra Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko Rusiyadan rusiyalı ekspertlərin və siyasətçilərin respublikaya qarşı mənfi bəyanatlarına cavab verməsini tələb edib.
Maraqlıdır, “növbəti problem” həllə edəcək rus, məgər birinci, yəni Ukraynadakı problemi həll edə bilibmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB