Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Ukrayna ətrafında yaranmış vəziyyətdə sülh düsturu üçün kollektiv axtarışın vaxtı çatdığını bildirib.
“Biz heç olmasa atəşkəsə nail olmaq üçün hər şansdan istifadə etməliyik. Danışıqların İstanbul raundu buna ümid verdi, lakin razılaşma müxtəlif səbəblərdən pozuldu”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu dövlət başçısı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
Tokayevin sözlərinə görə, qardaş rus və ukrayna xalqlarının on-yüz illərlə bir-birinin ardınca getməyən inciklikləri ilə yollarını ayırmasına icazə verilməməlidir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB