Azərbaycanın Ermənistana qarşı təcavüzünə KTMT-nin reaksiyası ilə bağlı qərarın olmaması Təşkilatın imicinə böyük zərbə vurur.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu noyabrın 23-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında baş nazir Nikol Paşinyan deyib.
Paşinyanın dediyinə görə, son iki ildə KTMT-nin üzvü olan Ermənistan ən azı üç dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qalıb.
Onun fikrincə, Ermənistanın KTMT-yə üzv olması belə Azərbaycanı “təcavüzkar hərəkətlərdən” çəkindirmir.
Bununla yanaşı, Paşinyan KTMT-nin Azərbaycana hələ də cavab verməməsini ermənilər üçün üzücü hal kimi dəyərləndirib.
Erməni baş nazirin fikrincə, bu faktlar həm Ermənistan daxilində, həm də ondan kənarda guya KTMT-nin imicinə böyük zərbə vurur.
“Mən bunu Ermənistanın KTMT-yə sədrliyinin əsas uğursuzluğu kimi qiymətləndirirəm”, - bunu da Nikol deyib.
O, daha sonra bu ilin yanvarında Qazaxıstan prezidentinin çağırışına cavab verən KTMT-nin niyə ermənilərin cavabına “etinasızlıq göstərdiyini”, yəni onların gözünü hələ də yolda qoyduğunu sual kimi qaldırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB