Avropa Birliyi bundan sonra artıq qazla bağlı Rusiyanın xidmətindən yararlanmayacaq. Yəni Qərb, bəzi istisnalarla Rusiya qazını tamamilə əvəzlədi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin plenar iclasında enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson bildirib.
Onun sözlərinə görə, Rusiyanın mavi yanacağı mayeləşdirilmiş təbii qaz və digər təchizatçıların boru kəməri qazı ilə əvəzlənib.
“Rusiyadan artıq verilməyən qazı tamamilə mayeləşdirilmiş təbii qaz və ya etibarlı mənbələrdən əlavə boru kəməri qazı ilə əvəz etdik”.
Qeyd edək ki, rus saytları bunu Simsondan sitat gətiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB