Belarus parlamentinin yuxarı palatası ölkədə Milli Birlik Günü ilə bağlı amnistiya aktını təsdiqləyib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu amnistiya aktı 4500 nəfərə, o cümlədən korrupsiyada təqsirli bilinən məmurlara şamil edilsə də, lakin Aleksandr Lukaşenko rejiminə və ya seçkilərə qarşı etiraz aksiyalarının iştirakçılarına şamil edilməyəcək.
Beləliklə, amnistiyaya əsasən, 1600 nəfər azadlığa buraxılacaq və daha 3950 məhkumun cəza müddətini bir il azaldılacaq.
Aksiya, deyildiyi kimi, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunanlara, yəni 2020-ci il etiraz aksiyalarının iştirakçılarına və “ekstremizm və terrorizm”lə bağlı cinayətlərdə təqsirli bilinənlərə şamil edilməyəcək.
Qanun layihəsinin müəlliflərindən biri, deputat Marina Lençevskaya bu məhbuslara əfv üçün müraciət etməyi tövsiyə edib. Bundan əlavə qanun layihəsinin müəlliflərindən biri belə şəxslərin Aleksandr Lukaşenkoya əfv üçün müraciət etməyi tövsiyə edib.
Bu arada “Viasna” hüquq-müdafiə mərkəzi hazırda Belarusda 1389 siyasi məhbusun saxlanıldığını bildirib. Hakimiyyətin ardıcıl altıncı dəfə Aleksandr Lukaşenkonu qalib elan etdiyi 2020-ci ildə keçirilən prezident seçkilərindən sonra ölkədə minlərlə etirazçı var idi.
Sonradan on minlərlə insan ölkəni tərk etmək məcburiyyətində qaldı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB