Türkiyənin özünümüdafiə hüququ

ABŞ Türkiyenin həyata keçirdiyi əməliyyata münasibət bildirib
Türkiyənin özünümüdafiə hüququ

ABŞ-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Türkiyənin cənub sərhədində “terror təhlükəsi” ilə üz-üzə olduğunu və özünümüdafiə hüququna malik olduğunu bəyan edib.

Con Kirbi zoom vasitəsilə keçirdiyi brifinqdə Ağ Ev müxbirlərinin suallarını cavablandırıb.

Türkiyənin Suriya sərhədindəki vəziyyəti qiymətləndirən C.Kirbi "Türkiyə xüsusən də cənubunda terror təhlükəsindən əziyyət çəkməkdə davam edir. Təbii ki, onların özlərini və vətəndaşlarını müdafiə etmək hüququ var" ifadəsini işlədib.

C.Kirbi bölgədə baş verən proseslərlə bağlı onları narahat edən məqamın isə "SDG" adlandırdıqları YPG/PKK-nın “DAİŞ-ə qarşı mübarizəsi” olduğunu bildirərək deyib ki, bölgədəki bir əməliyyat tərəfdaşımız SDG-nin DEAŞ-la mübarizə imkanlarını məhdudlaşdıra bilər. Bunun üçün SDG ilə tərəfdaşlıq edirik və DEAŞ-a təzyiqi davam etdirmək istəyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə