Kuba Prezidenti Türkiyedə səfərdədir

Kuba prezidenti Migel Dias-Kanel Bermudes Türkiyedə səfərdədir.
Kuba Prezidenti Türkiyedə səfərdədir

Kuba prezidenti Migel Dias-Kanel Bermudes Türkiyэdə səfərdədir.

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyэyə rəsmi səfərə gələn Bermudes paytaxt Ankarada Anıtkabirə (Türkiye Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün cənazəsinin yerləşdiyi yer) baş çəkib. Nümayəndə heyəti ilə Qazi Mustafa Kamal Atatürkün məqbərəsinə gələn Kuba prezidenti Bermudes məqbərəyə əklil qoyub və bir dəqiqəlik sükutla anıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Bermudes xatirə fotoşəkili çəkdirdikdən sonra Anıtkabir Xatirə dəftərini imzalayıb.

Kuba dövlət başçısı Bermudes xatirə dəftərinə bunları yazıb:

"Kubalı nümayəndə heyəti, Ali Baş Komandan Fidel Kastronun Kuba Respublikası üçün ilham mənbəyi kimi təsvir etdiyi müasir türk millətinin qurucu atası Kamal Atatürkə ürəkdən hörmət və ehtiramlarını bildirmək üçün buraya səfər edir."

Bermudesin səfəri çərçivəsində keçiriləcək rəsmi görüşlərdə Türkiye-Kuba münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq birgə addımlar müzakirə olunacaq.

Türkiye ilə Kuba arasında diplomatik münasibətlərin qurulmasının 70-ci ildönümünə uyğun gələn 2 günlük səfər çərçivəsində ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə Latın Amerikası və Karib hövzəsi üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə