Dünyanın ən böyük iPhone fabriki kimi tanınan "Foxconn"un Çinin Zhenqzhou şəhərindəki fabrikində etirazlar başlayıb. SİA xarici mətbuata istinadən verdiyi məlumata görə, dünən gecədən başlayan və səhərə qədər davam edən aksiyada işçilər sərt Covid-19 tədbirlərinə, o cümlədən vəd edilən mükafatların ödənilməsinin təxirə salınmasına, ödənişlərin edilməməsinə və qida çatışmazlığına etiraz ediblər.
Sosial mediada paylaşılan görüntülərdə işçilərin qoruyucu kombinezon geyinmiş polislə toqquşduğu və epidemiya ilə mübarizə üçün qoyulan maneələri sökdüyü görülüb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB