Təbii ki, xatırlatmağa ehtiyac olmasa da, amma fakt faktlığında qalır. Belə ki, bu ilin sentyabrdan bəri başlayan “qismən səfərbərlik” yüz minlərlə rusiyalını ölkədən qaçqın salıb, yəni onları müxtəlif yollarla Rusiyanı tərk etməyə məcbur edib. Əslində bunu Rusiyanın Ukraynada başlatdığı müharibəyə qarşı yeganə kütləvi etiraz aksiyası kimi də qəbul etmək olar.
Bəli, dediyimiz kimi, səfərbərlik adını eşidən ruslar maharibəyə getməmək üçün hara gəldi üz tutmağa başladılar. Qeyd edək ki, bəzi istisnalara baxmayaraq, onların üz tutduqları əksər ölkələr də rusları elə də “xoş gəldinlə” qarşılamadılar. Deyim ki, bununla bağlı həm Gürcüstandan, həm Monqolustandan, həm də başqa ölkələrdən bununla bağlı xeyli nümunə də göstərmək olar.
Amma məsələ bundadır ki, onların çoxları da etiraf etdikləri kimi, bu addımı məcburiyyət qarşısında qaldıqları üçün atdıqlarını deyirlər.
Təbii ki, onların üz tutduqları ölkələrdə işsiz, parasız, yəni dəstək olmadan yaşamaq elə də asan olmayacaq.
Və heç kimi isti oçağını, daimi iş yerini atıb sabahı məlum olmayan həyata tərəf getmək istəməz. Qeyd edilməlidir ki, onların hər ciddi cəhdlə qənaət etmələrinə baxmayaraq, özləri ilə apardıqları pul-paranın da nə vaxtsa bitəcəyi istisna edilmir, bəs sonra?
Deyilənlərə görə, bu gün rus internetində “qaçqın” arvadları çarizmə qarşı uğursuz üsyan cəhdinə görə Sibirə sürgün edilən “dekabristlərin” arvadlarına bənzətməklə guya özlərini “sentyabrçılar” adlandırılmağa başlayıblar. (qeyd edək ki, 1825-ci ilin dekabrında mütləqiyyət və təhkimçilik quruluşuna qarşı hərbi çıxışın təşkilatçılarının əksəriyyəti zadəgan, yəni indikilərdən fərqli olaraq imkanlı idilər-A.B.)
Amma, yenə də deyilənlərə görə, guya “sentyabrçılar” özləri bu müqayisəni elə də xoş qarşılamırlar.
Belə ki, onlar çox şey itirdiklərini, eləcə də həyatlarının alt-üst olduğunu deyirlər.
Doğrudur, bu gün Rusiyadan qaçanlar heç bir şəraitdə döyüşməyəcəklərini desələr də, lakin onların ölkədən qaçmalarının alternativinin çox güman ki, həbsxana olacağını da yaxşı bilirlər.
...Rus saytları indicə xəbər yaydı: iki rus hərbçisi döyüş əmrini yerinə yetirməkdən boyun qaçırdığına görə, barələrində cinayət işi açılaraq həbs ediliblər. Qeyd edək ki, bu, Rusiya ordusunda baş alıb gedən fərariliklə bağlı ilk xəbər deyil.
SİA-nın dünən axşam verdiyi başqa bir xəbərdə, son aylarda rusların mağazalardan yemək oğurlama hallarının 17 faiz artdığı deyilir.
Yenə də istər-istəməz adam rus şairi Nikolay Nekrasovun həyatının 14 ilini həsr etdiyi “Rus elində kimin günü xoş keçir” poemasının “müasir variantı”nı xatırlamalı olur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB