Böyük Britaniya Ukraynanı helikopterlərlə təmin edəcək

Qeyd edək ki, bu müharibə başlayandan bəri ilk dəfə həyata keçirilir
Böyük Britaniya Ukraynanı helikopterlərlə təmin edəcək

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Böyük Britaniya ilk dəfə olaraq Kiyevi hərbi helikopterlərlə təmin edəcək. Bu barədə Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles məlumat verib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ukraynaya ümumilikdə üç Dəniz Kralı ordusunun vertolyotu veriləcək və onlardan biri artıq Ukrayna ordusuna təhvil verilib.

Qeyd edək ki, son altı həftə ərzində ukraynalı ekipajlar Böyük Britaniyada təlim keçiblər. Dərslərə idarəetmə bacarıqlarının inkişafı və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin saxlanması - axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuşdur.

Bu arada nazir Uolles Britaniyanın Ukraynaya əlavə olaraq 10 min artilleriya mərmisi verəcəyini də bildirib. Onu da qeyd edək ki, bu açıqlama Qərb müttəfiqlərinin Kiyevə gələcək hərbi dəstəyi müzakirə etdiyi Osloda verilib.

Yeri gəlmişkən, ABŞ-da 16 senatordan ibarət ikipartiyalı qrup prezident Cozef Bayden administrasiyasını Ukraynanın MQ-1C Grey Eagle hücum dronlarının tədarükü ilə bağlı müraciətini təsdiqləməyə çağırıblar.

O da bildirilir ki, senatorlar həmçinin ABŞ Müdafiə Nazirliyindən bu məsələdə irəliləyişin olmamasını izah etməyi xahiş ediblər. Xatırladaq ki, Bayden administrasiyası indiyədək təxminən 9 kilometr hündürlüyə uça bilən və bir gündən çox havada qala bilən bu cür dronlarla bağlı müraciətləri rədd edirdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə