Rusiyanın paytaxtı Moskvada immiqrantların qaldığı oteldə yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alov böyüdükdən sonra oteldə qalan 200 nəfər təxliyə edilib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və ilk yardım briqadaları göndərilib. Səlahiyyətlilər oteldə qalan 200 nəfərin təxliyyə edildiyini və yanğının qısa müddətdə nəzarət altına alındığını bildirib.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB