İrəvanda Putinə qarşı etiraz aksiyası keçirilib - FOTO

İrəvanda Putinə qarşı etiraz aksiyası keçirilib - FOTO

Bu gün Ermənistanda Rusiya Prezidenti Vladimir Putinin səfərinə etiraz olaraq aksiya keçirilib. SİA xəbər verir ki, aksiya İrəvanda təşkil olunub.

İştirakçılar əllərində Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun "persona-non-qrata" (arzuedilməz şəxs) elan edilməsini tələb edən plakatlar tutublar.

Qeyd edək ki, sabah Putin KTMT-nin iclasında iştirak etmək üçün İrəvana səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə