Kanada 2025-ci ilə qədər bu sayda immiqrant qəbul edəcək

Kanada 2025-ci ilə qədər bu sayda immiqrant qəbul edəcək

Kanada 2025-ci ilə qədər 1,5 milyon immiqrant qəbul edəcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilə qədər ildə 500 min immiqrant qəbul etməyi planlaşdırılır. Plana əsasən, növbəti üç il ərzində ölkəyə təxminən 1,5 milyon yeni immiqrant gələcək.

Miqrantların bu sayda gətirilməsinə səbəbi kimi, İkinci Dünya Müharibəsindən sonra doğulan və artıq yaşlanmış "baby bumer" nəslindəki boşluğu doldurmaq olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə