2022-ci ilin ilk altı ayında rusların mağazalarda yemək oğurlama ehtimalı artıb. Xırda oğurluq üzrə inzibati maddəyə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 17 faizdən çox rusiyalı cərimələnib və ya həbs edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Layout” Ədliyyə Departamentinin xəbərlərinə istinad edilir.
Qeyd edək ki, qeyri-dəqiq hesablamalara görə, bu ərəfədə ümumilikdə, 67 mindən çox rus xırda oğurluqda günahkar bilinib ki, bunların da əksəriyyəti spirtli içki, kolbasa, ət, yağ və şirniyyat oğurlamaqda günahlandırılıblar.
Bu maddəyə əsasən, onlar 2,5 min rubldan az məbləğdə oğurluğa görə mühakimə olunublar. Qeyd edək ki, bu maddə ilə 15 günlük həbs də nəzərdə tutulur.
Minimum cərimə, oğurlanmış malların dəyərindən çox olan min rubl məbləğində cərimədir. Ancaq hətta belə bir cəza da yalnız yüngülləşdirici hallar olduqda əldə edilə bilər.
Məsələn, rus saytlarının yazdığına görə, Qorno-Altaysk sakini 157 rubl dəyərində hisə verilmiş vetçina oğurladığı üçün 20 saat məcburi işə göndərilib.
Sıktıvkar sakini 116 rubl dəyərində bir qutu kərə yağı oğurladığına görə 4 sutka müddətinə xüsusi təcridxanaya salınıb. Digər şəhər sakini isə 92 rubla xiyar və pomidor oğurladığına görə eyni cəzanı alıb.
Bununla belə, 244 rubl dəyərində bir qutu kərə yağı oğurlayan Komi sakininin işində məhkəmə məhkumun maddi və ailə vəziyyətini, yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq, onu min rubl məbləğində cərimələyib.
Bu arada rusiyalı iqtisadçı ekspert Natalya Zubareviç ölkədəki artan oğurluqları müharibə ilə əlaqədar yaşanan qiymət artımı ilə əlaqələndirib. Onun ehtimallarına görə, bu hələ bizlərdə deyildiyi kimi, “ayaqaçdıdır”, yəni ölkədəki yoxsulluğun tipik nəticəsi olaraq, oğurluq daha da artacaq.
Bu arada “Rosstat”ın 2022-ci il üçün məlumatına görə, hazırda rusların 12,1 faizi yoxsulluq həddi altında yaşayırlar. Belə ki, bunlar gəliri ayda 14 min rubldan aşağı olan 17,6 milyon insanlardır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB