Bu arada iki nəfərin qətldə təqsirli bilinən “Vaqner” özəl hərbi şirkətinin döyüşçüsü Konstantin Kiselyov “İgidlik” ordeni və komandir titulu alıb,
SİA-nın əldə etdiyi məlumata görə, xarici saytlar bunu 6 saylı cəzaçəkmə koloniyası ilə əlaqəli mənbələrə istinadən xəbər verirlər. Yeri gəlmişkən Kiselyov Mari Eldə cəza çəkirmiş.
Verilən başqa bir xəbərdə Kisileva orden “Vaqner PMC” şirkətinin təsisçi və sponsoru və eyni zamanda Vladimir Putinə yaxın olan Sankt-Peterburqlu biznesmen Yevgeni Priqojin tərəfindən şəxsən təltif edildiyi deyilir.
Qeyd edək ki, bir müddət bundan əvvəl mediada Priqojinin 6 saylı koloniyadan məhbusları orduya cəlb etdiyi video yayımlanmışdı. Məhz o zaman, sentyabrın birinci yarısında Konstantin Kiselev “Vaqner PMC” -yə yazılıb.
Daha sonra, Kiselev artıq Ukrayna ərazisindəki hərbi əməliyyatlar bölgəsində görünüb.
Maraqlıdır ki, 15 nəfərlik bölümün 14 öldürülsə də, Kiselevın arvadına on beş nəfərdən yalnız onun sağ olduğunu çatdırıblar.
Onu da qeyd edək ki, Konstantin Kiselev 2017-ci ilin sentyabrında adam öldürmə ittihamı ilə doqquz il yarım müddətinə azadlıqdan məhrum edilib. Hökmdə deyilir ki, təqsirləndirilən şəxs bir il əvvəl sərxoş halda rəfiqəsinin yanına gəlib və mübahisə nəticəsində ona azı 29 bıçaq xəsarəti yetirib və sonra da onu boğub.
Maraqlı nüanslardan biri də onun döyüşlərə qatəlmasıdır.
Belə ki, Rusiya ordusunun Ukraynada bir neçə hərbi məğlubiyyətindən sonra Yevgeni Priqojinin “Vaqner PMC”-si türmədə yatan başkəsənləri öz sıralarına cəlb edərək onları müharibəyə göndərməyə başlayıb.
Yeri gəlmişkən qeyd edək ki, döyüş əməliyyatlarında iştirak etməyə razılıq verən məhkumlar altı ay cəbhə xəttində qalmalıdırlar, onlara geri çəkilmək və təslim olmaq qadağandır. Altı aydan sonra sağ qalanlara əfv vəd edilir. Beləliklə, müxtəlif mənbələrdən əldə edilən məlumata görə, hazırda “Vaqner PMC” iyirmi minə qədər insanı ğz sıralarına qata bilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB