Vaşinqton birbaşa büdcə dəstəyi çərçivəsində Ukraynaya dörd milyard yarım dollar ayıracaq.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen məlumat verib.
Əldə olunan məlumata görə, vəsaitlər yaxın həftələrdə ödənilməyə başlanılacaq.
Qeyd edək ki, bu büdcə dəstəyi Ukrayna hökumətinə iqtisadi sabitliyi gücləndirməkdə, xəstəxana işçilərinin, dövlət qulluqçularının və müəllimlərin maaşlarını artırmaqda, eləcə də yaşlılar üçün sosial yardım da daxil olmaqla, əsas dövlət xidmətlərini dəstəkləmək və Rusiya ilə müharibədən müdafiə etməyə kömək edəcək.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, bu vəsaitlər Ukraynanın Putinin səbəbsiz işğalına qarşı müqavimətində mühüm vasitədir.
Maraqlıdır ki, tranş Ukraynaya qrant kimi verilib. Onu da qeyd edək ki, Yellen digər donorları da Ukraynaya yardımı artırıb, sürətləndirməyə çağırıb.
Yei gəlmişkən, ABŞ prezidenti Cozef Baydenin administrasiyası Kiyevə 20 milyard dollardan çox hərbi və humanitar yardım üçün təxminən 10 milyard dollar, iqtisadiyyatın bərpası üçün isə təxminən 13 milyard dollar ayırıb. Bundan əlavə, Bayden Konqresi Ukraynaya əlavə 37,7 milyard dollar ayırmağa çağırıb.
Bu arada ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya ilə müharibədə Ukraynaya yardımı tənqid edənlər arasında respublikaçı qanunvericilər Konqresin ayırdığı vəsaitə yenidən baxılması üçün qətnamə hazırlayıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB