Avropa Komissiyası, TTF (Title Transfer Facility) mərkəzi indeksinə əsasən təbii qaz qiymətlərinə MVt/saat üçün 275 avroluq fövqəladə məhdudiyyət təklif edən tənzimləmə çıxarıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Bloomberg” bunun hazırkı 120 avro səviyyəsindən xeyli yuxarı, lakin eyni zamanda Avropanın yayda əziyyət çəkdiyi pik dəyərlərdən aşağı olduğunu göstərir.
Bu arada enerji üzrə Avropa komissarı Kadri Simson, əməliyyatlarən göstərilən qiymətdən yuxarı keçə bilməyəcəyini bildirib. Onun dediyinə görə, bazar korreksiyası mexanizmi iki şərt olduqda işə salınacaq: qazın qiyməti iki həftə ərzində müəyyən səviyyəni (275 avro) keçərsə və TTF qiyməti ilə qlobal mayeləşdirilmiş təbii qaz qiyməti arasında spred 10 ticarət günü ərzində 58 avro və ya daha çox olarsa.
Qeyd edək ki, bu gün min kubmetr qaz üçün qiymət 275 avrodur ki, bu da təxminən 2900 dollara bərabərdir.
Yeri gəlmişkən Avropa Komissiyasının müvafiq təklifi noyabrın 24-də Avropa İttifaqı ölkələrinin energetika nazirləri tərəfindən müzakirə olunacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB