Mariupolda Tacikistan vətəndaşının meyiti dağıntılar altından çıxarılıb

Mariupolda Tacikistan vətəndaşının meyiti dağıntılar altından çıxarılıb

Mariupolda Rusiya hərbçiləri tərəfindən əsir götürülən 42 yaşlı Tacikistan vətəndaşı Şəmsiddin Cəlilovun meyiti bu günlərdə dağıntılar altından çıxarılıb. Yaxınlarının sözlərinə görə, Cəlilov Mariupolda yaşayıb və rus qoşunları şəhərə daxil olduqdan sonra yoxa çıxmışdı.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölən Tacikistan vətəndaşının qardaşı Xomid Cəlilov Şəmsiddinin cənazəsini vətəninə çatdırmaq üçün Mariupol şəhərinə gəlib.

Onun dediyinə görə, qardaşının şəxsiyyəti sənədlərə əsasən müəyyən edilsə də, amma meyitin şəxsiyyətini müəyyən etmək mümkün deyil.

Şəmsiddin Cəlilov rus qoşunlarının hücumu zamanı yaşadığı evə düşən raket zərbəsi nəticəsində həlak olduğu da məlum deyil.

Xomid Cəlilov qardaşının ölüm səbəbinin hələ də qaranlıq qaldığını bildirib.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra Mariupol şəhəri uzun həftələr rus qoşunları tərəfindən mühasirəyə alınıb, mayın ortalarından isə şəhər ruslar tərəfindən işğal olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə