Bu arada “Associated Press” agentliyi Polşaya düşən raketlərin Rusiyaya məxsus olduğunu yazan jurnalisti işdən çıxarıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” və “The Daily Beast” yazır.
Nəşrlərə görə, jurnalistin adı Ceyms Laportadır. Qeyd edək ki, material noyabrın 15-də axşam - Polşanın şərqində iki raketin düşməsindən sonra dərc edilib.
Mətnin müəllifi Rusiya raketlərinin NATO üzvü olan Polşa ərazisini keçərək iki nəfərin ölümü ilə nəticələndiyini iddia edən ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisinə istinad edib.
Qeyd edək ki, daha sonra “Associated Press” xəbəri silərək, sonrakı xəbərlər raketlərin Rusiyada istehsal edildiyini və çox güman ki, onun hücumundan müdafiə üçün Ukrayna tərəfindən atıldığını yazıb.
Daha sonra redaksiyadaxili araşdırma aparılıb.
Xatırladılır ki, gentlik üçün hərbi və milli təhlükəsizlik məsələlərini işıqlandıran Ceyms Laporta bir neçə il ştatdankənar müxbir kimi çalışıb və 2020-ci ilin aprelində ştata götürülüb.
Qeyd edək ki, Polşanın Prjevodov kəndində iki nəfərin ölümünə səbəb olan raketlərin düşməsi noyabrın 15-də Rusiya qoşunlarının növbəti dəfə Ukrayna ərazisini kütləvi atəşə tutması zamanı baş vermişdi.
Kiyevdə raketlərin ruslara məxsus olduğu deyilidi. Rusiya hadisə yerinə yaxın və ümumiyyətlə Polşa sərhədləri yaxınlığında raket zərbələri endirdiyini inkar edirdi. Sonradan Polşa səlahiyyətliləri bunun Ukrayna hava hücumundan müdafiə raketi olduğunu irəli sürdü.
NATO-nun baş katibi Yens Stoltenberq əvvəllər raketi hansı ölkənin atmasından asılı olmayaraq, Ukrayna ilə həmsərhəd Polşa kəndində baş verən partlayışa görə Rusiyanın tam məsuliyyət daşıdığını bildirmişdi.
Yeri gəlmişkən ABŞ prezidenti Cozef Bayden də eyni qiymətləndirmə vermişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB