Avropa Parlamenti (AP) Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə şirkət rəhbərlərinin ən azı 33 faizinin qadın olmasını şərtləndirən qanun təklifini qəbul edib.
Müvafiq olaraq şirkətlər ildə bir dəfə rəhbər vəzifələrində ən azı 33 faiz gender təmsilçiliyi barədə səlahiyyətlilərə məlumat verməli və əks halda hədəflərə necə çatmağı planlaşdırdıqlarını bildirməlidirlər.
Tətbiqi 2026-cı ilin iyun ayına qədər həyata keçirməyən şirkətlərə cərimələr kimi təsirli, çəkindirici və mütənasib cəzalar tətbiq ediləcək.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, qanuna əməl etməyən şirkətlərin idarə heyəti buraxıla bilər.
250-dən az işçisi olan kiçik və orta müəssisələr direktivin əhatə dairəsindən çıxarılıb.
Hazırkı prosesdə qərar şura tərəfindən oktyabrın 17-də təsdiqlənib. AP-də qəbul edilən qərar rəsmi qəzetdə dərc olunduqdan sonra 20 gün ərzində qüvvəyə minəcək. Qərar üzv dövlətlər tərəfindən 2 ildən sonra həyata keçirilməlidir.
Qeyd edək ki, 2021-ci ildə Aİ-nin ən böyük səhmdar cəmiyyətlərində idarə heyəti üzvlərinin yalnız 30,6 faizi qadınlardır. Bununla bağlı üzv dövlətlər arasında kəskin fərqlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB