Erməni baş prokuroru Anna Vardapetyan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə iki ölkənin hüquq-mühafizə orqanları arasında diplomatik münasibətlərin zəngin təcrübəsinə əsaslanan mövcud əməkdaşlığı yüksək qiymətləndirib.
Vardapetyan tərəflərin səmərəli fəaliyyətinə əsaslanaraq bu əməkdaşlığın genişlənərək yeni keyfiyyət alacağına əminliyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, iranlı səfir də öz növbəsində İranla Ermənistan arasındakı 3000 illik (...mən bilən daha çox olmalıdır.-A.B.) möhkəm tarixi və mədəni əlaqələrin bütün istiqamətlərdə əlaqələrin inkişafı üçün yaxşı əsas olduğunu bildirib. İranlı səfirə görə, guya bu “tarixi və mədəni əlaqələr” son iki ildə özünü yaman büruzə verib.
Zohuri, məhz elə bu kontekstdə, qonşu Ermənistanla münasibətlərin İran üçün prioritet olduğu üçün, bunun qarşılıqlı olduğunu iki ölkə rəhbərliyi tərəfindən də təsdiqləndiyini vurğulayıb.
Erməni baş prokurorun İranın Zəngəzurda baş konsulluğunun açılmasını yüksək qiymətləndirməsinə cavab olaraq Zohuri Ermənistanın Zəngəzur bölgəsinin(?) İran üçün əhəmiyyətini bir daha təsdiqləyib.
İranlı səfir heç bir dövlətin regiona qarşı hər hansı istəklərinin olmamamasını deyib.
Qeyd edək ki, Zohuri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ermənilərlə birgə səmərəli əməkdaşlıq edəcəklərini də bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB