Ukrayna işıqların kəsilməsi ilə bağlı plan hazırlayıb

Ukrayna işıqların kəsilməsi ilə bağlı plan hazırlayıb

Ukraynanın kritik infrastrukturunun bütün operatorları, eləcə də hakimiyyət orqanları Ukraynada elektrik enerjisinin tam kəsiləcəyi təqdirdə etməli olduqlarını bilirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Ukrenerqo”nun rəhbəri Volodimir Kudritski bildirib

. O, həmçinin heyətin lazımi təlim keçdiyini də bildirib.

“Biz müvafiq təlimlər və hazırlıq tədbirləri keçirdik ki, belə bir hadisə baş verəndə kim kimin nə etdiyini, enerji sistemində işimizi necə tez bərpa edəcəyimizi mükəmməl bilsin”. Bunu da Kudritski bildirib.

Onun sözlərinə görə, bu, təkcə energetika sektorunun əməkdaşlarına deyil, həm də qaz nəqli və nəqliyyat infrastrukturuna, eləcə də bütün səviyyələrdə səlahiyyətli orqanlara aiddir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Ukraynada ölkənin enerji infrastrukturunun təmiri üçün lazım olan avadanlıqlarla bağlı Kiyev dünyaya yardım üçün müraciət edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə