Mövlud Çavuşoğlu Mərakeşdə səfərdədir

Mövlud Çavuşoğlu Mərakeşdə səfərdədir

Xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 9-cu Qlobal Forumunda iştirak edir.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, nazir Mərakeşin Fes şəhərində açılış iclasında etdiyi çıxışda deyib:

“158 üzvü olan bu alyans hazırda Birləşmiş Millətlər Təşkilatının ən çox dəstəklənən təşəbbüsüdür. Bu gün türkmən qardaşlarımızı alyansa daxil etməkdən məmnunuq. Alyansın üç mühüm məsələ ilə bağlı fəaliyyət planı var.

Bunlar qabaqlayıcı diplomatiya, vasitəçilik, zorakı ekstremizmin qarşısının alınması və bunlarla mübarizə edilməsidir. Bu sütunlardan biri məhv edilərsə, insanlar əziyyət çəkməyə başlayar".

Taxıl müqaviləsinin uzadılmasına toxunan Çavuşoğlu deyib:

“Vasitəçilik Konfransının mərkəzi olan İstanbul bu işin də mərkəzinə çevrildi. Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə İstanbul Taxıl Təşəbbüsünə verdiyi dəstəyə görə BMT-nin Baş katibi Antonio Quterreşə də təşəkkür etmək istəyirəm. Bu təşəbbüs sayəsində taxılın qiyməti tarixi səviyyədə düşdü və qlobal rahatlıq yarandı”.

Digər tərəfdən, Çavuşoğlu Mərakeş keçirdiyi görüşləri çərçivəsində BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb. Nazir Çavuşoğlu sosial media hesabından görüşlə bağlı açıqlama verib.

“BMT Baş katibi ilə Ukraynadakı son vəziyyəti, İstanbul Taxıl Sazişini; Suriya və Liviya da daxil olmaqla regional hadisələri müzakirə etdik”, - deyə H.Akar bildirib.

Nazir Çavuşoğlu Mərakeşdə keçirdiyi görüşləri çərçivəsində Livanın xarici işlər naziri Abdullah BuHəbib ilə də bir araya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə