Həsən Karataş son mənzilə yola salınıb

Həsən Karataş son mənzilə yola salınıb

Qaziantep vilayətinin Karkamış rayonunda bölücü terror təşkilatı YPG/PKK üzvlərinin Suriyanın şimalından atdığı raket-minomyot mərmisi nəticəsində noyabrın 21-də həyatını itirən 5 yaşlı Həsən Karataş dəfn edilib.

Həsən Karataşın Türkiye bayrağı örtülmüş tabutu Qaziantep Məhkəmə-Tibbi Ekspertiza İdarəsində aparılan əməliyyatlardan sonra rayonun çöl bölgəsindəki Karanfil məhəlləsinə gətirilib. Bu arada Karataşın anası Dilan və atası Zeki Karataş və 3 bacısı tabutu qucaqlayaraq göz yaşları töküblər.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Həsən Karataş Karanfil məhəlləsində dəfn olunub.

Xatırladaq ki, Karkamış rayon mərkəzində "Okul" küçəsində yerləşən 3 mərtəbəli evin 2-ci mərtəbəsinə YPG/PKK üzvlərinin noyabrın 21-də raket zərbələri endirməsi nəticəsində 5 yaşlı Həsən Karataş həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə