Ərdoğanın terrorçuları dəstəkləyənlərə xəbərdarlığı

Prezident Rəcəb Tayyib Ərdoğan Artvin vilayətində "Yusufeli" su anbarının açılış mərasimində çıxış edib
Ərdoğanın terrorçuları dəstəkləyənlərə xəbərdarlığı

"Bir neçə gündür ki, təyyarələrimiz, artilleriyamız və pilotsuz uçuş aparatlarımızla (SİHA) terrorçuların təpəsindəyik. Ümid edirəm ki, yaxın zamanda hamısının kökünü kəsəcəyik".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Artvin vilayətində "Yusufeli" su anbarının açılış mərasimində etdiyi çıxışda deyib.

Ötən həftə İstanbulda törədilən terror aktını mərd formada ortaya çıxmağa cəsarəti olmayanların alçaq hücumu kimi gördüklərini ifadə edən Ərdoğan deyib ki, aralarında uşaqların da olduğu 6 günahsız insanın həyatına son qoyan bu alçaq hücuma İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin hədəflərini darmadağın edərək cavab verdik.

Özünü ən təhlükəsiz hiss etdiyi yerdə başına yağan bombaları həzm edə bilməyən terror təşkilatı bu dəfə Türkiyenin sərhəd bölgələrindəki mülki strukturları və insanları hədəf aldı.

4 yaşlı uşağımız və 22 yaşlı müəllimimiz şəhid oldu (PKK/YPG hücumunda). Ümid edirəm ki, bu qardaşlarımızın tökülən qanı boşa getməyəcək.

Ərdoğan bildirib ki, terrorçuların kimliyi, onları kimlərin himayə etdiyi və cəsarətləndirdiyi Türkiyeyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə