Şimali Koreyanın ardıcıl raket sınaqları Koreya yarımadasında və ətrafında təhlükəsizlik narahatlığını artırsa da, Yaponiyadan yeni bir müdafiə addımı atıldı. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Yaponiya Müdafiə Nazirliyi “SM-3 Block IIA” cavab raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Bildirilib ki, ABŞ hərbi bazasından atılan orta mənzilli ballistik raket noyabrın 16-da "Aegis" raket əleyhinə müdafiə sistemi ilə təchiz edilmiş Maya sinifli döyüş gəmisindən atılan raketlə Sakit Okean üzərindən 100 kilometrdən çox yüksəklikdə uğurla dəf edilib.
Nazirlikdən verilən məlumata görə, “SM-3 Block IIA2” raketi ABŞ və Yaponiya birgə hazırlayıb və sistem ilk dəfə Yaponiya tərəfindən sınaqdan keçirildi.
Qeyd edək ki, müdafiə sahəsində ABŞ Müdafiə Nazirliyi üçün “Lockheed Martin” aerokosmik şirkəti tərəfindən hazırlanmış “Aegis” ballistik raketdən müdafiə sistemini alan ikinci ölkə olan Yaponiya “SM-3 Blok IIA”nın hazırlanmasında ABŞ ilə əməkdaşlıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB