Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud ötən çərşənbə axşamı bu ölkənin Rusiyanın hakimiyyət orqanları ilə danışıqlar aparmaq üçün Moskvaya gedib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Omu” televiziyası yayımlayıb.
Telekanal əldə etdiyi mənbələrə əsasən, son bir neçə ay ərzində regionun bir sıra ölkələrinin və digər dövlətlərin diplomatları Tacikistana səfər etdiyini bildirib.
Deyilənlərə görə, onlar Düşənbədə Əhməd Məsudla görüşüb, onunla Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Xəbərdə o da deyilir ki, Əhməd Məsud hazırda Tacikistanda yaşayır, lakin Düşənbə hakimiyyəti heç vaxt Əfqanıstan Milli Müqavimət Cəbhəsinin liderinin onların ərazisində olması barədə məlumatı nə təkzib, nə də təsdiq etmir.
Omunun sözlərinə görə, Qətərin Əfqanıstan nizamlanması üzrə xüsusi nümayəndəsi Mutlaq ibn Məcid əl-Qahtani indiyədək Tacikistana iki dəfə səfər edib. Kanalın mənbələri Əhməd Məsudun Tacikistanda Hindistan və İran nümayəndələri ilə apardığı danışıqlardan da xəbər verib. Eyni zamanda, mənbələr bildirirlər ki, bu görüşlər zamanı söhbət Əfqanıstanda “yeni hökumət”in yaradılması ilə bağlı regional debatlar və danışıqların aparılmasından gedib.
Mənbələr bildiriblər ki, regionda bu kimi məsələlərin həssaslığı səbəbindən diplomatların və xarici rəsmilərin Əhməd Məsudla görüşmək üçün səfərləri mətbuatda işıqlandırılmayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB