“Qazprom” Moldova üçün nəzərdə tutulan Rusiya qazının “Ukraynada məskunlaşması”nı qeydə alıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna ərazisindən Moldovaya tranzit üçün “Sudja” qaz ölçmə məntəqəsinə tədarük olunan qazın həcmi Ukraynanın Moldova ilə sərhədində ötürülən fiziki həcmdən çoxdur.
“Qazprom”un iddiasına görə, əgər “tranzit balanssızlığı” davam edərsə, bu halda noyabrın 28-də “Sudja” qaz ölçmə məntəqəsinə qaz təchizatı Ukrayna ərazisindən tranzit üçün gündəlik çatışmazlıq miqdarında azalmağa başlayacaq.
“Qazprom” əlavə edib ki, “Moldovaqaz” müqavilə əsasında noyabr ayı üçün tədarükün bir hissəsini ödəyib.
Rusiya şirkətinin məlumatına görə, noyabrda cari tədarük haqqının ödənilməsi pozulmuş faktiki təhvil verilmiş qazın həcmi 24,945 milyon kubmetr təşkil edir. Ukrayna ərazisində yığılmış çöküntülərin ümumi həcmi isə 52,52 milyon kubmetr təşkil edir.
Qeyd edək ki, Avropada qazın birja qiymətləri 4 faizə qədər artıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB